AFFA Region Liqasında çıxış edən 4 komandaya texniki məğlubiyyət verilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
"Sabirabad"la ev oyunu "İstiqlal" təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Ona görə də "İstiqlal"a 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün komanda yarışdan kənarlaşdırılıb.
"Xudat City" ilə səfər matçı "Gəncliy"in heyətində lisenziyası olmayan oyunçuların mövcudluğu səbəbindən baş tutmayıb. Nəticədə "Gənclik" 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
"Real" ilə qarşılaşma bitdikdən sonra "City Baku"nun protokolu doldurmadığı aşkarlanıb. Bu səbəbdən, "şəhərlilər" 0:3 hesablı texniki məğlubiyyət alıb.
"Xocalı" - "Gəncə" oyunu isə hər iki komandanın forması eyni olduğuna görə baş tutmayıb. İntizam Komitəsinin qərarı ilə görüş yenidən keçiriləcək.
Qarşılaşma zamanı "Gəncə"nin prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün növbəti 10 oyuna buraxılmayacaq.










































































