Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, ilk yarımfinal oyununda Seneqal Misirə minimal hesabla qalib gəlib - 1:0.
Yeganə qolu 78-ci dəqiqədə Sadio Mane vurub.
Digər yarımfinal görüşündə isə Nigeriya və Mərakeş milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb - 0:0. Penaltilər seriyasında meydan sahibləri daha dəqiq olub - 4:2.
Beləliklə, yanvarın 18-də keçiriləcək final matçında Mərakeş və Seneqal milliləri qarşılaşacaq. Yanvarın 17-də isə Misir və Nigeriya 3-cü yer uğrunda oyunda üz-üzə gələcək.
Qeyd edək ki, Afrika Millətlər Liqasının son qalibi Kot d`İvuardır.













































































