Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “Neftçi” İK-nın üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.
Qarşılaşmalar yanvarın 22-də və 24-də keçiriləcək.











































































