AFFA-nın baş katibi Cahangir Fərəcullayevin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Bleker beynəlxalq təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, belçikalı funksioner UEFA Avropa Liqasının əsas mərhələsində VII turun "Zaltsburq" (Avstriya) - "Bazel 1893" (İsveçrə) matçının hakim-inspektoru olacaq.
O, Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadasının işinə qiymət verəcək.
Qeyd edək ki, yanvarın 22-də Zaltsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.











































































