Moksvada Rusiya Futbol İttifaqının I vitse-prezidenti Nikita Simonyanın xatirəsinə həsr olunmuş oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, SSRİ yığması ilə "Spartak" veteranları arasında təşkil olunmuş qarşılaşmada əslən azərbaycanlı Aleksandr Səmədov da çıxış edib.
Səmədov "Spartak" formasını geyinib.
SSRİ yığmasının məşqçilərindən biri isə vaxtilə "Neftçi"də də çıxış etmiş Eduard Markarov olub.
Görüş "Spartak"ın qələbəsi ilə yekunlaşıb - 5:4.
Öncədən qarşılaşmanın hər hissəsi 30 dəqiqədə ibarət olmaqla, bir saat davam edəcəyi bildirilsə də, matç 56-cı dəqiqədə yekunlaşıb. Oyunun ardından Markarova xüsusi hədiyyə təqdim olunub.
Qeyd edək ki, Nikita Simonyan 23 noyabr 2025-ci ildə 99 yaşında ölüb.


















































































