Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Turnirin əsas mərhələsində ilk 8 yeri tutan “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Mançester Siti” (İngiltərə) komandaları birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
9 – 24-cü yerləri tutan komandalar isə 1/8 finala çıxmaq üçün pley-off mərhələsində mübarizə aparacaqlar. Bu mərhələdə iştirak edəcək klublar bunlardır: “Real Madrid” (İspaniya), “İnter” (İtaliya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Yuventus” (İtaliya), “Atletiko Madrid” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer Leverkuzen” (Almaniya), “Borussiya Dortmund" (Almaniya), “Olimpiakos” (Yunanıstan), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Qarabağ” (Azərbaycan), “Budö Qlimt” (Norveç) və “Benfika” (Portuqaliya).
Komandalar tutduqları yerlərə əsasən cütləşdiriliblər:
“Real Madrid” və “İnter” (9–10)
PSJ və “Nyukasl” (11–12)
“Yuventus” və “Atletiko Madrid” (13–14)
“Atalanta” və “Bayer Leverkuzen” (15–16)
“Borussiya Dortmund" və “Olimpiakos” (17–18)
“Brügge” və “Qalatasaray” (19–20)
“Monako” və “Qarabağ” (21–22)
“Budö Qlimt” və “Benfika” (23–24)
Pley-off mərhələsində "Qarabağ"ın rəqibi ya PSJ, ya da "Nyukasl" olacaq:
“Monako” / “Qarabağ” — PSJ / “Nyukasl”
“Brügge” / “Qalatasaray” — “Yuventus” / “Atletiko”
“Bude-Qlimt” / “Benfika” — “Real” / “İnter”
“Borussiya” D / “Olimpiakos” — “Atalanta” / “Bayer”
Püşkatma zamanı “səpələnməmiş” komandalar əvvəlcə səbətin müxtəlif hissələrinə yerləşdiriləcək, daha sonra “səpələnmiş” klublar onlara rəqib seçiləcək.
Pley-off mərhələsinin ilk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində keçiriləcək. İlk oyunlar səpələnməmiş komandaların stadionlarında keçiriləcək. Yəni, "Qarabağ" ilk görüşünə evdə çıxacaq.












































































