"Turan Tovuz"un köməkçi-məşqçisi Yunis Hüseynov "Kəpəz"ə qarşı Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydandan qovulub.
Sportnet.az-ın məlumatına görə, bu, 36-cı dəqiqədə Tovuz komandasının qolunun qeydə alınmamasından sonra baş verib.
Baş hakim Əli Əliyev qol epizodunda meydan sahiblərinin futbolçusu İbrahima Vadjinin rəqib komandanın kapitanı Əli Səmədovu dirsəklə vurduğunu bildirib. VAR-a baxdıqdan sonra qolu ləğv edən referiyə Hüseynov kəskin etirazını bildirib.
Hüseynov isə ona ardıcıl iki sarı vərəqənin ardından qırmızı vərəqə göstərərək, texniki zonadan kənarlaşdırıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.







































































