Almaniyanın “Ayntraxt Frankfurt” klubunun yeni baş məşqçisi Albert Riera oyunçular arasında qeyri-adi nizam-intizam sistemi tətbiq edib.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis maliyyə sanksiyaları ilə yanaşı, oyunçuların qaydaları pozduğu hallarda daxili tapşırıqlar da verir.
Bu, gecikmələr, mobil telefondan istifadənin qadağan olunması və digər davranış pozuntularına aiddir.
Ən simvolik tədbir isə "cəzalar ruleti"dir: oyunçular qaydanı pozduqda təsadüfi olaraq müəyyən tapşırıq yerinə yetirirlər. Variantlar arasında paltaryuyan otağın təmizlənməsi, bağ işləri və ya texniki heyət üzvlərinə video-analizdə kömək etmək kimi vəzifələr var.
Rieranın fikrincə, məqsəd yalnız cəza vermək deyil, klub daxilində görülən görünməz işlərin və birgə əməkdaşlığın dəyərini futbolçulara aşılamaqdır.
44 yaşlı baş məşqçi bu təşəbbüsü hörmət, sədaqət və məsuliyyət prinsiplərinə əsaslanan mədəni dəyişiklik planının bir hissəsi kimi təqdim edib. Klub daxilində sistem pedoqoji alət kimi qəbul edilir və oyunçularla rəhbərlik arasında əlaqəni gücləndirməyə yönəlib.
Bu yanaşma Almaniyada maraq və müzakirələrə səbəb olub: bəziləri onu yenilikçi hesab edərkən, digərləri simvolik adım kimi qiymətləndirir.
Amma bir şey dəqiqdir: Bütün Bundesliqa rəqabətli olduğu bir dövrdə Riera meydanda olmayan detallardan başlayaraq komanda üstünlüyü qazanmağa çalışır.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"a uduzaraq, pley-off şanslarını tam itirib. Bundan sonra klub Sloveniya "Tsele"sindən Albert Rieranı baş məşqçi postuna gətirib.












































































