Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında iştirak edəcək yekun heyətdə 11 futbolçunun yerini artıq təmin etdiyini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssisin etimadını qazanan və mundialda iştirakı dəqiqləşən futbolçulardan biri İngiltərə "Nyukasl"ının kapitanı Bruno Gimaraynşdir:
Alisson Bekker (“Liverpul”)
Markinyos (PSJ)
Qabriel Maqalyaeş (“Arsenal”)
Kazemiro (“Mançester Yunayted”)
Bruno Gimaraynş (“Nyukasl”)
Vinisius Junior (“Real Madrid”)
Estevao (“Çelsi”)
Rafinya (“Barselona”)
Rodriqo (“Real Madrid”)
Qabriel Martinelli (“Arsenal”)
Mateuş Kunya (“Mançester Yunayted”)
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyulda keçiriləcək. Turnirin ev sahibləri ABŞ, Kanada və Meksika olacaq.













































































