UEFA 2025/2026 mövsümünün Çempionlar Liqasının pley-off və final oyunlarında istifadə olunacaq topu təqdim edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, top "Adidas" şirkəti tərəfindən hazırlanıb və turnirin iştirakçı komandaları bu top ilə oyuna çıxacaqlar.
Mövsümün final matçı Budapeştdəki Puşkaş Arena stadionunda keçiriləcək və 30 may 2026-cı il tarixində baş tutacaq.
Hazırkı Çempionlar Liqasının qalibi Fransanın PSJ komandasıdır. Ötən mövsüm Paris təmsilçisi İtaliya "Inter"ini 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu kuboku qazanıb.
Qeyd edək ki, bu mövsümün Çempionlar Liqasının pley-off mərhələsi 17-18 fevralda və 24-25 fevralda keçiriləcək. "Qarabağ" bu mərhələdə İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək.














































































