Almaniyanın "Bavariya" klubu Türkiyə "Qalatasaray"ının futbolçusu Viktor Osimhenlə maraqlanır.
Sportnet.az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, nigeriyalı forvard “Bavariya” üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirilir və klub rəhbərliyi onun transfer imkanlarını dəyərləndirir. Eyni zamanda, Osimhenə digər Avropa klublarının da maraq göstərdiyi bildirilir. Bu isə qarşıdakı transfer pəncərəsində ciddi rəqabətin yaranacağını deməyə əsas verir.
27 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 22 oyunda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri “Transfermarkt” portalına əsasən 75 milyon avro qiymətləndirilir.














































































