“Qarabağ”ın futbolçusu Sami Mmae əvəzedici heyətə göndərilib.
Sportnet.az-ın Sportinfo"ya istinadən məlumatına görə, bu barədə qərarı baş məşqçi Qurban Qurbanov İngiltərə “Nyukasl”ına Bakıda 1:6 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra verib.
Qərara 30 yaşlı mərkəz müdafiəçisinin “Nyukasl”la qarşılaşmanın ilk yarısında Bəhlul Mustafazadənin zədələnməsindən sonra özünün yox, Bədavi Hüseynovun meydançaya çıxmasına etirazının səbəb olduğu ehtimal edilir.
Əvəzedici komandaya göndərilən Mmaenin bu gün “Zirə-2”ə qarşı matçda meydançaya çıxacağı gözlənilir. Binə qəsəbə stadionunda keçiriləcək “Zirə-2” – “Qarabağ-2” qarşılaşması saat 14:30-da start götürəcək.
Məlumatı oxu.az-a "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev də təsdiqləyib.
Hacıyev bildirib ki, bu barədə məşqçilər heyəti qərar qəbul edib: "Məşqçilər heyətinin birgə qərarına əsasən, futbolçu əvəzedici heyətə göndərilib".
Qeyd edək ki, "Qarabağ" Sami Mmaeni 2025-ci ilin yayında Xorvatiyanın "Dinamo Zaqreb" komandasından transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi ilə bir illik icarə müqaviləsi imzalanıb.
















































































