Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi olduğu dövrdə 1000-ci qol sevinci yaşayıb.
Sportnet.az-ın CBC Sport-a istinadən məlumatına görə, bu, evdə "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XXII tur matçına təsadüf edib.
Həmin qolu 78-ci dəqiqədə Kevin Medina vurub. Bu, "Qarabağ"ın oyunda 2-ci qolu olub. Sonradan Qurban Qurbanovun oğlu Musa Qurbanlı "Qarabağ"ın 1001-ci qolunu da vurub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 3:3.









































































