“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur".
Sportnet.az-ın məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov evdə Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis qarşılaşmaya maksimum dərəcədə hazırlaşdıqlarını bildirib: "İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.














































































