Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan milli ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
“Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Saat 15:00-da başlanacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
3 mart
15:00. Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)
“Dalğa Arena”.