Braziliya "Flamenqo"su Filipe Luisi "Madureyra" üzərində 8:0 hesablı qələbə qazandıqları görüşdən sonra baş məşqçi postundan istefaya göndərib.
Sportnet.az-ın "Globo" nəşrinə istinadən məlumatına görə, Luişin qovulmasına dair qərar start fitindən əvvəl qəbul olunub.
Qalibiyyət isə Karioka Liqasının yarımfinal matçına təsadüf edib.
Qeyd edək ki, Filipe Luis futbolçu karyerasının son illərini "Flamenqo"da keçirib. Karyerasını başa vurduqdan sonra isə o, 2024-cü ildə komandanın baş məşqçisi kimi fəaliyyətə başlayıb. Luis futbolçu kimi İspaniyanın "Atletiko Madrid" və İngiltərənin "Çelsi" komandalarındakı çıxışları ilə daha çox məşhurlaşıb. O, madridlilərlə İspaniya çempionluğu və UEFA Kubokunu (hazırkı Avropa Liqası), londonlularla isə İngiltərə çempionluğunu qazanıb.
41 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo çıxış edib. Daha sonra Juninyo Meksikanın "UNAM Pumas" klubuna transfer olunub.

















































































