Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda yer alan milli ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.
“Dalğa Arena”da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 28-ci və 78-ci dəqiqələrdə kapitan Sevinc Cəfərzadə vurub.
Qarşılaşmadan əvvəl gənclər və idman naziri Fərid Qayıbovla AFFA-nın baş katibi Cahangir Fərəcullayev millidə 50-ci oyunlarını keçirmələri münasibətilə Sevinc Cəfərzadə və Nigar Mirzəliyevaya millinin rəsmi forması xatirə hədiyyəsi olaraq verilib.
15:00. Azərbaycan – Şimali Makedoniya - 2:0
Qollar: Sevinc Cəfərzadə, 28; 78
Azərbaycan (Qadınlar): 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova (18. Ayşən Salamzadə, 90+4), 4. Nigar Mirzaliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva (10. Kristina Bakarandze, 90+4), 11. Vüsalə Seyfəddinova (19. Xanım Əsədova, 85), 23. Yeliz Acar (8. Aysun Muradova, 85), 14. Coşqunə Əliyeva (13. Nərgiz Hacıyeva, 76), 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 21. Aydan Həsənova
Baş məşqçi: Siyasət Əsgərov
Şimali Makedoniya (Qadınlar): 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska (4. Katerina Petkova, 85), 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova (23. Kalina Popeski, 85), 7. Melaniya Qrozdanova (3. Ane Boşeska, 61), 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska (15. Elena Paneska, 74), 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa (13. Yovana Pavlovska, 61)
Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva
Baş məşqçi: Aleksandar Andov
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 7-də Felksut şəhərində yerləşən “Panço Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.