Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son cavab görüşü "Qəbələ" və "Sabah" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 31-ci dəqiqədə "Sabah"ın futbolçusu Timoteuş Puxaç açıb.
48-ci dəqiqədə "Qəbələ" növbəti zərbəni alıb. Komandanın legioneri Adriel Ba Luays ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə göstərilib.
62-ci dəqiqədə Puxaç özünün və komandasının ikinci qolunu vurub.
Azlıqda qalmasına baxmayaraq, "Qəbələ" əsas vaxtı bərabərlikkə tamamlamağı bacarıb. İsmel Akinade 88-ci və 90-cı dəqiqələrdə durub edib.
İlk matç da heç-heçə - qoluz tammlndığından, cavab oyunu əlavə vaxta uzanıb.
Bu bölümdə də tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Coy-Lens Mikels 105-ci dəqiqədə "Sabah"ı önə çıxarsa da, Nuğay Rəşidov 114-cü dəqiqədə "Qəbələ"nin bərabərlik qolunu vurub.
Beləliklə, cütsn taleyinə aydınlıq gətirmək üçün penaltilər seriyasına müraciət olunub. 11 metrlik zərbələrdən "Sabah:"ın 4 futbolçusu hər biri dəqiq yararlanıb. "Qəbələ"dən isə Murad Musayev və Fərid İsgəndərov bunu bacarmayıb. Nəticədə 5-ci penalti vuruşlarına ehtiyac qalmayıb və "Sabah" 4:2 hesablı üstünlüklə adını növbəti mərhələyə yazdırıb.
Bununla da yarımfinal cütlərinin tərkibi tam müəyyənləşib. Finala gedən yolda "Sabah" "Qarabağ"la, "Zirə" "Turan Tovuz"la üz-üzə gələcək. Yarımfinal oyunları apreldə olacaq.
--------------------------
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz" və Turan Tovuz" komandaları üz-üzə gəlib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 13-cü dəqiqədə Xorxe Silva açıb. 51-ci dəqiqədə isə Hayderson Hurtado yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, ilk matçda 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" iki oyunun yekununda yarımfinala adlayıb. Növbəti mərhələdə rəqib "Zirə" olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin son cavab görüşü bu gün saat 18:00-da başlanacaq. "Qəbələ" şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edəcək. İlk matç qolsuz tamamlanıb
Cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
--------------------
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 cavab görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar bölgələrdə təşkil olunacaq.
Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.
Saat 14:30-da başlanacaq matçı baş hakim Cavid Cəlilov idarə edəcək. İlk matçda Tovuz təmsilçisi minimal hesabla qələbə qazanıb - 1:0.
Son qarşılaşma isə "Qəbələ" və kubokun son qalibi "Sabah" arasında gerçəkləşəcək. Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. İlk matç qolsuz tamamlanıb.
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:2
Qollar: Xorxe Silva, 13. Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
18:00. “Qəbələ” – “Sabah” 3:3 (ƏSAS VAXT - 2:2, ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 2:4)
Qollar: İsmael Akinade, 88, 90; Nuğay Rəşidov, 114 - Timoteuş Puxaç, 31, 62; Coy Lens Mikels, 105
Penaltilər seriyası: Xayme Syerra (1:0); Murad Musayev (1:1); Domi Massumo (2:2); Fərid İsgəndərov (2:3) - Coy Lens Mikels (1:1); Timoteuş Puxaç (1:2); Aleksey İsayev (2:3); Kahim
Parris (2:4)
Sarı vərəqələr: Nicat Əliyev, 51 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 116 (qeyri-idman hərəkəti) - Stiv Solvet, 57 (qeyri-idman hərəkəti); İqor Noqeyra, 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Adriel Ba Loua, 48 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
Əlavə vaxta artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda müvafiq olaraq, "Zirə" və "Qarabağ"la görüşəcək.













































































