AFFA qadınlardan ibarət milli komandanın futbolçularına qarşı görünməmiş hörmətsizlik edib.
Sportnet.az-ın məlumatına görə, qurumun rəsmi saytında yığma üzvlərindən heç birinin fotosu dərc olunmayıb.
Halbuki hazırda rəsmi oyunlarda ən uğurlu nəticələri ilə seçilən kollektiv məhz qadın millisidir. Bu komanda son olaraq, martın 3-də Bakıda Şimali Makedoniyanı 2:0 hesabı ilə yenib.
AFFA-nın bu davranışı kəskin tənqidlərlə qarşılanıb və bu yanlışlığın 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində aradan qaldırılacağına ümid edildiyi vurğulanıb.










































































