Qadın futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin növbəti oyununun hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki C Liqasının 3-cü qrupunda martın 7-də keçiriləcək Macarıstan – Azərbaycan qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da Felksut şəhərində yerləşən “Panço Arena”da baş tutacaq.
Matçın baş hakimi Filipa Pereyra Kunya olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sara Alves yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşmanın bütün hakimlər briqadası Portuqaliyanı təmsil edir.







































































