Azərbaycan Premyer Liqasında XXIII turun ikinci oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
"Qarabağ" hər hissədə 3 qol vurub. Əvvəlcə Coni Montiel 15-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 33-cü və 36-cı dəqiqələrdə Leandro Andrade fərqlənərək, "dubl" edib.
Fasilədən sonra "dubl" növbəsi Kamilo Durana çatıb. O, 64-cü dəqiqədə penaltidən, 89-cu dəqiqədə isə Montielin ötürməsindən sonra fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Musa Qurbanlı vurub.
Bununla da xalını 49-a çatdıran "Qarabağ" 2-ci, 33 xala malik "Araz-Naxçıvan" 5-ci pillədə yer alıb.
Xatırladaq ki, XXIII turun əvvəlki oyunlarında "Karvan-Yevlax" evdə "Sumqayıt"la 1:1, "Şamaxı" "İmişli" ilə 0:0 hesablı heç-heçə edib. Turun qalan oyunları 9-10 martdan keçiriləcək.
---------------------------
Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu Şamaxı şəhər stadionunda keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Şamaxı" debütant "İmişli"ni qəbul edib.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Bununla da xalını 27-yə çatdıran "Şamaxı" 8-ci, 22-ci qalını qazanan "İmişli" 9-cu pillədə qərarlaşıb.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma Şamaxı şəhər stadionunda gerçəkləşəcək.
Baş hakim Vüqar Həsənlinin idarə edəcəyi matçda "Şamaxı" və debütant "İmişli" komandaları üz-üzə gələcək.
Hazırda bu kollektivlər turnir cədvəlində qonşu pillələrlə qərarlaşıblar. "Şamaxı" 26 xalla 8-ci, "İmişli" 21 xalla 9-cu yerdə gedir. Komandaların ilk 2 dövrədəki oyunlarından birincisində "Şamaxı" 1:0 hesabı ilə qalib gəlib, ikincisi isə qolsuz yekunlaşıb - 0:0. Yəni, “İmişli” hələ qol vurmayıb, “Şamaxı” isə evdə xal itirməyib.
Günün daha bir qarşılaşması isə “Qarabağ” və “Araz-Naxçıvan” arasında olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:15-də başlanacaq matçı baş hakim Rəşad Əhmədov idarə edəcək. Hazırda Ağdam komandası 21 oyundan 46 xalla 2-ci, Naxçıvan təmsilçisi 22 oyundan 33 xalla 5-ci yerdə gedir.
İki kollektivin əvvəlki 14 görüşünün 10-da "Qarabağ", 3-də "Araz-Naxçıvan" qələbə qazanıbsa, daha bir matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv xeyli öndədir - 36:14.
“Qarabağ” son 6 oyunda qalib gəlib. Axırıncı iki qarşılaşmada 5 qol vuran Ağdam klubu bütün matçlarda rəqib qapısına yol tapıb.
Azərbaycan Premyer Liqası, XXIII tur
8 mart (bazar)
15:00. “Şamaxı” – “İmişli” - 0:0
Sarı vərəqələr: Alfons Msanqa, 36 (qeyri-idman hərəkəti); Rikardo Apolinario, 56 (qeyri-idman hərəkəti) - İdris İnqilablı, 27 (qeyri-idman hərəkəti); Ezekiel Morqan, 56 (qeyri-idman hərəkəti); Dioqo Almeyda, 60 (qeyri-idman hərəkəti); Ronaldo de Souza, 78 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kristiano de Souza (“İmişli), 76 (hakimin qərarına etiraz)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu, 500 tamaşaçı
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev (27. Emil Süleymanov, 89) 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (11. Dioqo Balau, 60) 9. Karim Rossi 10. Andrey Tirkoveanu (80. Həbib İsmayılov, 89) 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa (97. Oruc Məmmədov, 46)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 21. Bilal İsmayılov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı (21. Abbas Ağazadə, 66) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (79. Dioqo Kardozu, 66) 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
19:15. “Qarabağ” – “Araz-Naxçıvan” - 6:0
Qollar: Coni Montiel, 15 (pen.). Leandro Andrade, 33; 36. Kamilo Duran, 64 (pen.); 89. Musa Qurbanlı, 83
Sarı vərəqələr: Mustafa Əhmədzadə, 42 (qeyri-idman hərəkəti); İssuf Paro, 62 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə yoxdur.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu, 3200 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 81) 10. Abdullah Zubir (8. Marko Yankoviç, 72) 81. Kevin Medina 9. Joni Montiel 18. Dani Bolt (30. Abbas Hüseynov, 81) 15. Leandro Andrade (77. Ramil Şeydayev, 81) 35. Pedro Bikalyo 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 72) 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 32. Hikmət Cəbrayılzadə 6. Kris Kuaku 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov (77. Bruno Franko, 55) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 6. Patrik Andrade 23. Nuno Rodriqes (17. İssuf Paro, 46) 7. Hamidu Keyta (70. Şarl Boli, 55) 10. Felipe Santos 11. Ba-Muaka Simakala (14. Ülvi İsgəndərov, 67) 19. Bar Kohen (24. Mustafa Əhmədzadə, 39)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli
Baş məşqçi: Andrey Demçenko
Qeyd edək ki, XXIII turun açılış matçında "Karvan-Yevlax" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Turun son 3 görüşü 9-10 martda keçiriləcək.














































































