Türkiyəli futbol mütəxəssisi Engin Firat 55 yaşında vəfat edib.
Sportnet.az-ın məlumatına görə, ölümə səbəb İstanbul hava limanında baş vermiş ürək tutması olub.
O, Livanın paytaxtı Beyrutdan Adanaya getdiyi vaxt aeroportda təyyarə dəyişərkən huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər.
Qeyd edək ki, Engin Firat 2019-cu ilin oktyabrından 2020-ci ilin dekabrınadək Moldova yığmasının baş məşqçisi olub. Bundan sonra Firat Keniya millisində (2021 - 2024) çalışıb. O, fevralın 8-dən Livanın "Necmeh" komandasına rəhbərlik edirdi.










































































