Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qarşılaşmadan sonra “Neftçi”nin vingeri Imad Faraj Sportnet.az-a müsahibə verib.
– Oyun haqqında düşüncələrin?
– İki qol imkanı yaratdıq, amma qol vura bilmədik. İkinci hissədə onların cəmi bir imkanı oldu və onu qola çevirdilər. Bu komandaya qarşı geri dönüş etmək çətindir, çünki hamısı müdafiəyə çəkilir. Ona görə də çətin oldu. Amma ümid edirəm ki, növbəti oyunda başımızı dik tutub kuboku qazanarıq.
– Zədənin haqqında son vəziyyət necədir?
– Xeyr, sadəcə qıcolma idi. Bu gün çox qaçdım, ona görə də son dəqiqələrdə bir az qıcolma hiss etdim, amma ciddi bir şey deyil.
– Əsas rəqibləriniz xal itirəndə komanda olaraq bunu fürsətə çevirə bilmirsiniz. Bu hal nədən irəli gəlir?
– Bəli, bilirdik ki, bu gün çox vacib oyun idi. Ona görə də müdafiədə daha diqqətli oynamağa çalışdıq. Amma dediyim kimi, qələbə qazanmaq istəyirdik. Məncə, ilk hissə çox-çox yaxşı idi. Amma düşünürəm ki, ilk hissədə qol vurmalı idik, ondan sonra oyun dəyişdi.
– Avropa kuboklarına çıxmaq şansınız azalır. Bu barədə fikirləriniz nədir?
– Xeyr, biz bu barədə çox düşünmürük. Hər oyuna ayrı-ayrılıqda baxmaq istəyirik. Oyun-oyun düşünmək daha yaxşıdır ki, hər oyunda qalib gələk. Bu barədə çox düşünmək istəmirik. Amma dediyim kimi, bu gün xal itirdik və bəzi rəqiblər də xal qazana bilmədi, ona görə bu oyun vacib idi.











































































