"Shmqayıt" klubu baş məşqçi Saşa İliçin komandanın strategiyasının dəyişdirildiyinə dair fikirlərinə münasibət bildirib.
Bu barədə klubun mətbuat katibi Zaur Xudiyev Sportnet.az-a açıqlama verib.
Onun sözlərinə görə, "Sumqayıt"ın strategiyası həmişə Azərbaycan futbolunun inkişafı üçün yerli oyunçulara, akademiyamızın yetirmələrinə şans vermək, həmçinin bu futbolçularla birlikdə legionerlərin də harmoniyasını yaradaraq mümkün qədər yaxşı nəticələr qazanmaq, ölkəni beynəlxalq arenada təmsil etməkdir.
Bu səbəbdən gənc yerli və ya əcnəbi oyunçuların oynadılması hansısa xüsusi strategiya dəyişikliyi yox, konyukturanın və komandanın hazırkı durumunun (zədəli, cəzalı oyunçular, həmçinin bəzi futbolçuların idman formasında olmamaları) gətirdiyi zərurətdir.












































































