Yüksək Liqada XIV turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında lider “Neftçi” medallara iddialı “Baku Fire”lə qarşılaşıb.
Matçda hesabı nominal qonaqlar açsa da, braziliyalıların ardıcıl qolları sayəsində “ağ-qaralar” üstünlük yaxaladı. Ancaq fasiləyə qədər “narıncılar” 10 metrlik zərbə sayəsində status-kvonu bərpa edib, sona 2 saniyə qalmış isə Fərid Abbasovun qolu sayəsində nəticəni xeyrinə dəyişməyi bacarıb.
İkinci hissə daha gərgin keçib. Bu dəfə “ağ-qaralar” rəqibindən daha çox qol vurub və növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilmiş oyunda 2:2 hesablı heç-heçə qeydə alınsa da, ikinci dövrədə “Neftçi” 8:4 hesablı qələbə qazanıb.
İkinci oyunda təcrübəli “Araz-Naxçıvan” gəncləri çətinlik çəkmədən məğlub etdi.
Tura autsayderlə orta pillələrdə yer alan komandaların dueli ilə yekun vurulub.
Neftçi İK – Baku Fire (2:3) 5:3
12 mart. Olimpik Star. Saat 14:00
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qollar: Lukas Ramos, 10:42, Qustavo Rodrigues, 14:14, 36:20, İaqo Henrique, 27:15, Allef Maiolli, 30:35 // Oqtay Rüstəmli, 3:25, Novruz Kazıxanov, 15:38, Fərid Abbasov, 19:58
Sarı vərəqələr: Kamran Hacıyev, 16:35, Nihad İsmayılov, 31:54, Fuad Rzayev (baş məşqçi), 37:29 // Teymur Eyvazov (baş məşqçi), 12:08, Mahir Babayev (inzibatçı), 12:08, Fərid Abbasov, 23:41
Qırmızı vərəqələr: Kamran Hacıyev, 24:28 (ikinci sarı) // Mahir Babayev (inzibatçı, ikinci sarı), 12:08
U-19 – Araz-Naxçıvan (0:6) 0:13
12 mart. Olimpik Star. Saat 16:00
Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Amirhossein Rasuli, 0:43, 13:24, 28:46, Alleks Rezende, 7:30, 14:01, 15:13, 20:47, Ədalət Ələkbərov, 10:47, Aleksanderson Teyxeyra, 21:19, Elan Delon, 25:13, 33:11, Felipe Lima, 27:38, Karlos Perreyra, 29:57
Şuşa – Lənkəran (4:1) 14:1
12 mart. Olimpik Star. Saat 18:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Elçin Səmədli
Qollar: Namiq Məmmədkərimov, 3:35, 15:28, 30:24, 32:37, Vladislav Vorobyev, 6:37, Sadegh Javiditavar, 10:13, 20:33, 29:40, 34:41, 38:07, Adil İsmayılov, 25:00, Ümid Qəhrəmanov, 26:14, Anar İsayev, 35:11, 37:53 // Zöhrab Quluşev, 19:34
Sarı vərəqələr: Adil İsmayılov, 9:25, Azər Nağıyev, 19:52, // Mətin İskəndərli, 16:54, Arzu Abbasov, 17:16, Ayxan Məmmədov, 34:41, Fikrət Zeynallı, 37:08
Qırmızı vərəqə: Arzu Abbasov, 26:44 (ikinci sarı)











































































