İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az-ın xəbərinə görə, Məhəmməd Kudus zədələnib.
25 yaşlı futbolçunun əməliyyat olma ehtimalı yüksək qiymətləndirilir.
Əgər bu hal baş verərsə, vinger üçün mövsüm erkən başa çatacaq.
Qeyd edək ki, Məhəmməd Kudus "Tottenhem"ə 2025-ci ilin yayında "Vest Hem"dən 63.8 milyon avroya transfer edib.














































































