Türkiyə Super Liqası təmsilçisi "Trabzonspor" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Sportnet.az insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, Anadolu klubu "Palmeyras"ın futbolçusu Rafael Koutinyo ilə maraqlanır.
Oyunçu hazırda klubun 20 yaşlılardan ibarət komandasında çıxış edir.
Qeyd edək ki, Rafel Koutinyo cari mövsqm 15 matçda forma geyinib. Onun aktivində bir qol və 3 məhsuldar ötürmə var.
















































































