Futzal üzrə Azərbaycan milli komandası bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik etmişdi. Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edirdi. Birinci oyuna yorğun çıxan millimiz bu dəfə daha inamlı təsir bağışladı.
Düzdür, hesabı meydan sahibi komanda açdı. Ancaq Ülvi Əliyevlə dərhal bərabərliyi təmin etdik. Növbəti qolu da qazaxlar vursa da, bu dəfə Ədalət Ələkbərov status-kvonu bərpa etdi və komandalar fasiləyə “sülh”lə yollandılar. İkinci hissəyə komanda daha yaxşı başladı. Hətta ilk real qol vəziyyətini Azərbaycan millisi yaratdı.
Oqtay Rüstəmli qapıçı ilə üzbəüz qalsa da, hesabı xeyrinə dəyişə bilmədi. Əvəzində 29-cu dəqiqədə meydan sahibləri fərqləndi. Qazax futzalçılar 33-cü dəqiqədə fərqi 2 topa yüksəltdi. Ülvi Əliyev və Kənan Manafov qol vurmağa yaxın oldu.
Qeyd edək ki, oyunu Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulluğunun, eləcə də diaspor əməkdaşları da izləyirdi.
Qazaxıstan – Azərbaycan (2:2) 4:2
Beynəlxalq yoldaşlıq oyunu
15 aprel. BS Arena. Saat 17:00
Hakimlər: Tanant Raymberniev, Timur Toktobaev, Erban Kurmamalıev
(Hakimlər Qırğızıstandandır)
Qollar: Azat Valiullin, 13:35, Albert Akbalıkov, 16:42, 28:26, Damir Kairbai, 32:22 // Ülvi Əliyev, 14:29, Ədalət Ələkbərov, 17:25
Sarı vərəqələr:
Qazaxıstan
2. Leo İgita (q, k), 6. Edson Santos, 8. Erjan Karmenov, 9. Albert Akbalıkov, 17. Birjan Orazov, 16. Narun Serikov (q), 3. Arnold Knaur, 5. Akzol Daribay, 7. Azat Valiullin, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin
Baş məşqçi: Kakau
Azərbaycan
1. Emin Kürdov (q, k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 19. Cavad Məmmədov (q), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov,
Baş məşqçi: Yevgeni Kukseviç














































































