İspaniya "Real Madrid"inin futbolçusu Arda Güler dünən Çempionlar Liqasında Almaniya "Bavariya"sına 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab görüşündə adını tarixə yazdırıb.
Sportnet.az xəbər verir ki, Bundesliqa təmsilçisinə qarşı 2 dəfə fərqlənən 21 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində dubl edən ilk türkiyəli olub.
Həmçinin o, "kral klubu"nun tarixində ən erkən Çempionlar Liqası qolu vuran futbolçu sayılıb.












































































