Azərbaycan Premyer Liqasında XXVIII turun mərkəzi görüşü çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Sabah" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Artıq 14-cü dəqiqədə "Sabah" penalti qazanıb. Lakin çempionatın ən məhsuldar oyunçusu Coy Lens Mikelsin zərbəsini "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib.
Lakin 45-ci dəqiqədə müdafiədə Kevin Medinanın səhvindən yararlanan Abdulax Xaybulaev hesabı açıb. Beləliklə, "Sabah" hesabda önə keçib.
Azərbaycan millisinin yarımmüdafiəçisi ikinci hissə başlayan kimi birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub. Lakin "Qarabağ" say üstünlüyündən yararlana bilməyib.
Beləliklə, vacib qələbə qazanan "Sabah" çempionluğunu böyük ölçüdə təmin edib. Sona 5 tur qalmış Masazır təmsilçisi 69 xalla 1-ci, ehtiyatda bir oyunu olan "Qarabağ" isə 56 xalla 2-ci yerdə gedir.
Xatırladaq ki, XXVIII turun əvvəlki oyunlarında "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı 3:0, "Karvan-Yevlax" evdə "Şamaxı"nı 1:0 hesabı ilə yenib. "Zirə" - "Neftçi" matçında heç-heçə qeydə alınıb - 1:1. Tura aprelin 19-da keçiriləcək "Kəpəz" - "İmişli" və "Sumqayıt" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
--------------------------
Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti görüşü "Karvan-Yevlax" və "Şamaxı" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 39-cu dəqiqədə Coy Sleyd Mikels vurub.
Bununla da xalını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu pillədə qalsa da, özündən irəlidəki "Qəbələ" ilə fərqi 5-ə endirib. "Şamaxı" isə 32 xalla 8-ci yerdə gedir.
---------------------
Azərbaycan Premyer Liqasının XXVIII turu davam edir.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Yevlaxda keçiriləcək. "Karvan-Yevlax", "Şamaxı"nı qəbul edəcək.
Saat 15:30-da start götürəcək görüşü Emin Əliyev idarə edəcək.
Hazırda "Karvan-Yevlax" 11 xalla turnir cədvəlinin autsayderidir. "Şamaxı" isə 32 xalla 7-ci sırada qərarlaşıb.
Tərəflər indiyədək 2 dəfə qarşılaşıb. Hər iki matçda da Şamaxı təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
"Karvan-Yevlax"ın son 5 matçında 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti var.
"Şamaxı"da isə bu göstərici 3 heç-heçə, 1 qələbə və 1 məğlubiyyətə bərabərdir.
Günün mərkəzi görüşü isə Respublika Stadionunda keçiriləcək.
"Qarabağ" "Sabah"ı qonaq edəcək.
Saat 19:30-da start götürəcək görüşü Elçin Məsiyrv idarə edəcək.
"Sabah" 66 xalla turnir cədvəlinin lideridir. Onlardan 10 xal geridə olan "Qarabağ" isə 2-ci sırada qərarlaşıb.
Tərəflərin son 10 duelində əsasən heç-heçə qeydə alınıb. Belə ki, bu matçların biri Ağdam təmsilçisinin xeyrinə, 3-ü Masazır klubunun xeyrinə, 6-sı isə sülhlə başa çatıb. Məhsuldarlıqla keçən görüşlərdə qol nisbəti isə "Sabah"ın xeyrinədir - 21:19.
"Qarabağ" son 5 matçında 1 məğlubiyyətə, 2 heç-heçə və 2 qələbəyə imza atıb. Masazırlılar isə 8 aydır ki, məğlubiyyət üzü görmür. Onlar son 5 qarşılaşmada 3 qələbə və 2 heç-heçəyə imza atıb.
Azərbaycan Premyer Liqası
XXVIII tur
18 aprel (şənbə)
15:30. "Karvan-Yevlax" - "Şamaxı" - 1:0
Qol: Coy Sleyd Mikels, 38
Sarı vərəqələr: Mois Nqvisani, 84 (oyunun bərpasının ləngidilməsi); Eltun Turabov, 90+1 (qeyri-idman hərəkəti) - Rikardo Apolinario, 49 (qeyri-idman hərəkəti); Andrey Tirkoveanu, 88 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fizuli Məmmədov, 69 (hakimin qərarına etiraz) Qol: Coy Sleyd Mikels, 38
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 6 dəq.
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR hakimi: Əli Əliyev
AVAR hakimi: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 3 000 tamaşaçı
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 73) 14. Uğur Cahangirov (11. Kayl Spens, 39) (10. Samuel Durrant, 82) 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 82) 2. Şakil Sno 8. Peter Kings (19. Tompson Qavi, 73) 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
“Şamaxı”: 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov (k) (77. Nihat Mehralıyev, 87) 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 87) 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 60) 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev (80. Həbib İsmayılov, 46) 13. Rikardo Apolinario (19. Abdullahi Şuaybu, 73) 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 2. Abdulla Rzayev 21. Bilal İsmayılov 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş
Baş məşqçi: Ayxan Abbasov
19:30. "Qarabağ" - "Sabah" - 0:1
Qol: Abdulax Xaybulaev, 45
Sarı vərəqələr: Mateus Silva, 11 (qeyri-idman hərəkəti); Kamilo Duran, 90+5 (qeyriidman hərəkəti) - Stiv Solvet, 20 (qeyri-idman hərəkəti); Velko Simiç, 29 (qeyri-idman hərəkəti); Akim Zedadka, 52 (hakimin qərarına etiraz); Stas Pokatilov, 82 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Valdas Dambrauskas, 57; (hakimin qərarına etiraz); Eddi Volter Kardoso, 57; (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Abdulax Xaybulaev, 47 (ciddi qayda pozuntusu)
İstifadə olunmamış penalti: Coy Lens Mikels, 13 ("Sabah")
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika stadionu, 17338 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov (8. Marko Yankoviç, 69) 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 82) 81. Kevin Medina 20. Kadi Borqes (22. Musa Qurbanlı, 69) 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt (55. Bədavi Hüseynov, 80) 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 90+1) 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris (22. Zinedin Uld Xaled, 55) 19. Aron Maluda (5. Rəhman Daşdəmirov, 55)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 70. Cesse Sekidika 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende
Baş məşqçi: Valdas Dambrauskas.
FA




















































































