"Kəpəz"in "imişli"yə 0:1 hesabı ilə uduzduğu Azərbaycsn Premyer Liqasının XXVIII tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Gəncə komandasının qapıçısı Yusif İmanov final fitindən sonra Yevlax şəhər stadionunun tribunalarındakı azarkeşlərlə münaqişəyə girib.
Buna fanatların komandaya sərt iradlar səsləndirmələri səbəb olub.
Qeyd edək ki, görüş "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

















































































