"Qarabağ"ın zədəli futbolçusu Bəhlul Mustafazadə komandasını səfərdə "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə tək buraxmayıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi oyunu izləmək üçün "Bank Respublika Arena"ya yollanıb.
Stadiona yaxınlaşdığı vaxt azarkeşlər onu görərək, avtomobilini əhatəyə alıblar. Mustafazadə isə maşından düşüb və fanatlara avtoqraflar verib.
Qeyd edək ki, oyun bu gün saat 20:00-da başlanacaq.
Sportnet.az həmin görüntüləri təqdim edir:















































































