Almaniya Bundesliqası klubu "Bavariya" qapıçısı Manuel Noyerlə yollarına davam edəcək.
Sportnet.az-ın insayder Fabritso Romanoya istinadən xəbərinə görə, Münhen təmsilçisi cari mövsümün sonunda müqaviləsi başa çatan qolkiperlə sözləşməni bir il də uzadacaq.
Yeni kontraktın şərt və maddələrini 41 yaşlı qapıçıya təklif edən Almaniya çempionları artıq yaşıl işıq alıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur.


















































































