Almaniya Bundesliqası təmsilçisi "Borussiya" sabiq futbolçusu Ceydon Sançonu heyətinə qata bilər.
Sportnet.az-ın "Sky Sports" nəşrinə istinadən məlumatına görə, "arılar" müqavilə ilə "Mançester Yunayted"ə məxsus, iicarə əsasında "Aston Villa"da çıxış edən ingilis futbolçunun klubu ilə danışıqlara başlayıb.
26 yaşlı oyunçu da sabiq klubuna dönməyə isti baxır.
Qeyd edək ki, Sanço 2017-2021 aralığında və 2023/24 mövsümünün ikinci yarısında "Borussiya"da çıxış edib.
















































































