Serbiya Super Liqasında XXXIII turun mərkəzi oyununda "Srvena Zvezda" öz meydanında əzəli rəqibi "Partizan" üzərində 3:0 hesablı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Deyan Stankoviçin rəhbərliyi altında çıxış edən "qırmızı-ağlar" bununla ən yaxın izləyicisi ilə xal fərqini 17-yə çatdırıb.
Mövsümün sonuna 4 tur qaldığından, “Srvena Zvezda”nın çempionluğu artıq rəsmən dəqiqləşib.
Stankoviç komandanın baş məşqçi postuna təyin olunanda klub turnir cədvəlində “Partizan”dan 1 xal geri qalırdı. O, bundan əvvəl Rusiyanın "Spartak Moskva" kollektivinə rəhbərlik edib və 2024-cü ilin mayından qış fasiləsinə qədər həmin komandada işləyib.
Hazırda “Srvena Zvezda” 33 oyundan 82 xalla liderdir. İkinci pillədə qərarlaşan “Partizan”ın isə 65 xalı var.











































































