Dani Sebalyosun "Real Madrid" dönəmi başa çatıb.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 2017-ci ildən "kral klubu"nun şərəfini qoruyan ispan yarımmüdafiəçi bir daha baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında matça çıxmayacaq.
Buna səbəb futbolçu ilə mütəxəssis arasında baş verən münaqişə olub.
Arbeloa komandadan getsə belə, 29 yaşlı oyunçunun komandada qalması real görünmür.
Qeyd edək ki, Sebalyos "Real Madrid"ə 2017-ci ildə "Real Betis"dən 16.5 milyon avroya transfer edilmişdi. O, 2019-2021-ci illərdə icarə əsasında "Arsenal"da çıxış edib.









































































