Azərbaycan Premyer Liqasının XXX turunun son matçı "Karvan-Yevlax" və "Neftçi" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb- 3:0.
Hesabı 31-ci dəqiqədə 31-ci dəqiqədə İmad Faraj açıb.
50-ci dəqiqədə baş hakim Rauf Cabarovun təyin etdiyi penaltini Emin Mahmudov dəqiq yerinə yetirib. Bu, Mahmudovun Premyer Liqada 10-cu qolu olub.
57-ci dəqiqədə isə Freddi Varqas son nöqtəni qoyub.
Bununla da xalını 50-yə çatdıran "Neftçi"yenidən 4-cü pilləyə qalxın.
14 xalı olan "Karvan-Yevlax" isə sonuncu pillədə qalıb və Premyer Liqanı tərk etmə təhlükəsini daha da artırıb.
Qeyd edək ki, tərəflər bunadək 2 dəfə üz-üzə gəlib. Hər ikisi də bu mövsüm baş tutan görüşlərin birində bərabərlik qeydə alınıb, digərində isə bakılılar qələbə qazanıb.
“Karvan-Yevlax” qələbə qazanmayıb. “Neftçi” səfərdə xal itirməyib.
Azərbaycan Premyer Liqası
XXX tur
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi” - 0:3
Qollar: İmad Faraj, 31; Emin Mahmudov, 49 (pen.); Freddi Varqas, 56
Sarı vərəqələr: Eltun Turabov, 78 (qeyri-idman hərəkəti) - Luis Ortis, 4 (qeyri-idman hərəkəti); İmad Faraj, 81 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Kərim Zeynalov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu, 2 200 tamaşaçı
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) (42. İbrahim Qədirzadə, 80) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 72) 2. Şakil Sno 11. Kayl Spens (10. Samuel Durrant, 72) 8. Peter Kings (14. Uğur Cahangirov, 55) 21. İmani Barker (37. Mois Nqvisani, 55)
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 77. Əli Abdullayev 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) (19. Ağadadaş Salyanskiy, 80) 15. Elvin Bədəlov (17. Murad Xaçayev, 69) 7. Emil Səfərov (23. Cordan Rezabala, 69) 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu (4. Elvin Camalov, 64) 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas (9. Bassala Sambu, 64) 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 70. Andrey Ştoqrin 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub.












































































