Fransanın PSJ klubunun vingeri Xviça Kvaratsxeliya yenidən “Arsenal”ın transfer gündəminə düşüb.
Sportnet.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yay transfer dönəmində sol cinah üçün gürcüstanlı hücumçunu nəzərdən keçirdiyini yazıb.
Lakin mənbənin məlumatına görə, ingilislərin 25 yaşlı futbolçunu transfer etmək şansı demək olar ki, yoxdur.
Bildirilib ki, Kvaratsxeliya PSJ-də özünü xoşbəxt hiss edir və onun ayrılması üçün Paris klubuna “çatılması çətin” təklif gəlməlidir.
Qeyd edək ki, Xviça Kvaratskeliyanın PSJ ilə müaviləsi 2029-cu ilə qədərdir.



















































































