A Seriyası təmsilçisi “Roma” Türkiyə millisinin futbolçusu Zeki Çeliki heyətində saxlamaq üçün yenidən hərəkətə keçib.
Sportnet.az İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 29 yaşlı müdafiəçi ilə yeni müqavilə danışıqlarına başlayıb.
Daha əvvəl tərəflər arasında danışıqlar aparılsa da, futbolçunun illik 4 milyon avro tələbi səbəbindən proses dayanmışdı. Lakin “Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çelikin komandada qalmasını istəyir.
Klub futbolçu ilə danışıqları bərpa edib. Zeki Çelikin də A Seriyası təmsilçisində qalmaq istədiyi bildirilir. Yeni görüşlərdə illik maaşın 4 milyon avrodan aşağı olması üzərində müzakirələr aparılır.
Qeyd edək ki, Zeki Çelik bu mövsüm “Roma”nın heyətində 42 matçda meydana çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.




















































































