Qışda "Fənərbağça"dan ayrılaraq “Zenit"ə qoşulan Con Duran yenidən Super Liqaya qayıda bilər.
Sportnet.az xəbər verir ki, kolumbiyalı hücumçunun xidmətlərində "Qalatasaray" maraqlıdır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib. Həmçinin o, Duranın meneceri Conatan Errera ilə birlikdə transfer danışıqları üçün İstanbula gəlib.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm “Zenit”də 9 oyunda 2 qol vurub.


















































































