Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan "Qəbələ” hazırlıqlara start verib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb.
Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. "Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Baş məşqçi Roman Qriqorçukun komandası bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.
Qeyd edək ki, "Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da "Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.