1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran" "Neftçi" üçün başladı
Azərbaycan Premyer liqanın V turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq "Xəzər Lənkəran" oyunun hazırlığına start verib. Sportnet.az-ın məlumatına görə, komanda 2 gündür Lənkərandakı bazada bir araya gələrək məşqlərini davam etdirir.
Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın "Böyük oyun"da meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da meydana çıxmağa tam hazır deyil. Sentyabr 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək "Xəzər Lənkəran" daha sonra matç üçün paytaxta yola düşəcək.
Qeyd edək ki, sentyabrın 20-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" görüşü saat 21.00-da start götürəcək.