İtaliyanın "Verona" klubunun futbolçusu Luka Toninin əməliyyatı uğurla başa çatıb. Sportnet.az-ın məlumatına görə, hücumçu sol dizindən əməliyyat olunub.
2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionluğunu yaşayan Toni 8 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.
Qeyd edək ki, Luka Toni 2009-cu ilədək İtaliya yığmaının formasını geyinib.