Türkiyə millisinin sabiq futbolçu Uğur Dağdelen yaşadığı evin qarajında intihar edib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı U.Dağdelen yaşadığı evin qarajında tapanca ilə başından atəş açıb.
Mərhumun cəsədi yerli vaxtla saat 18:00-da tapılıb. Meyid ekspertizaya göndərilib. U.Dağdelenin hansı səbəbdən intihar etdiyi bilinmir.
Qeyd edək ki, Uğur Dağdelen futbolçu karyerası ərzində Türkiyənin "Samsunspor", "Bursaspor", "Kayserispor" klublarında çıxış edib. 1998-ci ildə Türkiyə millisinin formasını geyinən futbolçu 2001-ci ildə 29 yaşında olarkən futbolçu kareyrasını bitirib.