
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov və bir futbolçu saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
"Anderlext"in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək. Ağdam klubunun açıq məşqi saat 18:30-da Suraxanıda yerləşən klub bazasında olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. Saat 18:45-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.









































































