
AFFA Klublar Komitəsinin növbəti iclası fərqli məkanda keçiriləcək. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə toplantı "Hilton" otelində deyil, "Boulevard Hotel Baku"da təşkil olunacaq.
Oktyabrın 29-da baş tutacaq iclas saat 11:00-da başlanacaq.
Qeyd edək ki, Klublar Komitəsinin üzvləri sonuncu dəfə avqustun 7-də bir araya gəlib.











































































