
Türkiyənin İstanbul şəhərində bu gecə keçiriləcək "Beşiktaş" və "Lokomotiv" komandaları arasındakı görüşü izləməyə gələn rusiyalı turist bıçaqlanıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı 2 turistlə türkiyəli qrup arasında dava düşüb.
Nəticədə Simpnou Cnmohob ad-soyadlı turist ayağından və başından bıçaqlanıb. Xəsarət alan azarkeş təcili xəstəxanaya çatdırılıb.
Polis gələnədək davada iştirak edən yerli qrup hadisə yerindən qaçıb. Yaralanan turistin "Lokomotiv" azarkeşi olduğu bildirilib.






































































