"Bu matça da əvvəlki oyunlarda olduğu kimi hazırlaşırıq. Qələbə üçün oynayacaq və ili yaxşı notlarla başa vurmağa çalışacağıq". Sportnet.az-ın məlumatına görə, bunu milli komandanın üzvü Pavel Paşayev deyib.
Noyabrın 17-də Moldova ilə keçiriləcək yoldaşlıq görüşündən danışan 27 yaşlı müdafiəçi bunları bildirib: "Hələ yığmada debüt etməmişəm. İlk oyunumu səbirsizliklə gözləyirəm. Baş məşqçi şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Klubda daim əsas heyətə düşməməyimin yığmadakı çıxışıma təsir edəcəyini düşünmürəm. Hər şey yaxşı olacaq".