
Azərbaycanlı FİFA referisi Orxan Məmmədova UEFA tərəfindən yeni təyinat verilib. Sportnet.az-ın məlumatına görə, o, Gənclər Liqasının H qrupunda keçiriləcək "Zenit" (Rusiya) – "Valensiya" (İspaniya) oyununun baş hakimi olacaq.
O.Məmmədova bu işdə Yaşar Abbasov və Kamran Bayramov kömək edəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 24-də Sankt-Peterburqda keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    



























































