1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əsas məsələ qələbə idi"
"Yaxşı oyun oldu. İli qələbə ilə başa vurduq, təbii ki, buna görə sevinməyə dəyər". Sportnet.az-ın məlumatına görə, bunu klub saytına açıqlamasında "Kəpəz"un futbolçusu Rəşad Eyyubov deyib.
Moldovaya qarşı keçirilmiş yoldaşlıq görüşündə çıxış edən Eyyubov oyun haqda bunları deyib: "İkinci hissənin gedişində oynamaq şansı qazanıb meydana daxil oldum. Əsas olan qalib gəlmək idi. Oyun planında daha da artırmalıyıq ki, gələn təsnifat mərhələsində uğur qazana bilək. Matçdan sonra milli komandanın baş məşqçisi Robert Prosineçki və AFFA rəhbərliyi uşaqlara oyuna görə təşəkkür edib, razılığını bildirdi".
"Kəpəz"in millidə çıxış edən digər futbolçusu Tərlan Quliyev isə dünya çempionatının seçmə oyunlarına hazırlaşmağın lazım olduğunu deyib: "Millinin baş məşqçisi bu oyunda gənclərə üstünlük verdi. Düzdü, ilk hissədə əsas heyətdən bir-iki futbolçu yox idi. Amma fasilədən sonra yoxlanışa çağırılanlar oynadı. Milliyə dəvət olunan hər bir futbolçu meydanda canını qoymağa, azarkeşləri qələbə ilə sevindirməyə çalışır. Dünya çempionatının seçmə oyunlarına hazırlaşmaq lazımdır. Əvvəlkindən daha yaxşı çıxış etməliyik”.